Buradan Sifariş et
A collection of questions and tests on Fundamentals of International Accounting (Financial Accounting).

A collection of questions and tests on Fundamentals of International Accounting (Financial Accounting).

Müəllif:  Radil Fətullayev

Müəllifdən:  Kitab Beynəlxalq Mühasibat Uçotunun Əsasları üzrə biliklərin təkmilləşdirilməsi və praktikada tətbiq etmə bacarıqlarının formalaşdırılması üçün idealdır.

17 AZN
  • Kitabın təsviri
  • Məhsulun detalları

Kitab Maliyyə Hesabatı formalarının hazırlanması üzrə biliklərini yoxlamaq və onları sərbəst şəkildə tətbiq etmək istəyənlər üçün effektiv vəsaitdir. Əlavə olaraq mühasibatlığa dair məsələlər toplusu kitabı mühasib kimi formalaşmaq istəyən şəxslər üçün istiqamətverici rola malikdir. 

 

Kitab eyni zamanda 0-dan Mütəxəssis Mühasib Hazırlama Proqramı ərzində tələbələrin mövzuları daha dərininə anlamaları üçün istifadə olunur. 


 

Kitabda müasir dövrdə kommersiya təşkilatlarında tətbiq olunan Beynəlxalq Mühasibat Uçotuna dair praktiki nümunələr və onların bəzilərinin həlləri, o cümlədən:
  • Maliyyə Bərabərliyində əməliyyatların əks etdirilməsi və jurnalda qeydiyyatı;
  • Sınaq Balansının (dövriyyə cədvəlinin) hazırlanması;
  • Maliyyə Hesabatı formalarının hazırlanması kimi mühasibat uçotu ilə bağlı nüanslara uyğun məsələlər, testlər və onların cavabları verilmişdir.
Kitab Mühasibat Uçotunun Beynəlxalq Standartlarına istinad olunaraq real biznes həyatında göstərilmiş müxtəlif maliyyə əməliyyatlarını özündə əks etdirir. 

 

Kitab kimlər üçündür?

Bu vəsait mühasibat uçotu üzrə təhsil alan tələbələr, magistrlar, doktorantlar və uçotu praktikada tətbiq edən mühasiblər, maliyyə menecerləri, auditorlar, həmçinin bu sahədə tədrislə məşğul olan müəllimlər, o cümlədən ali məktəblər üçün dərs vəsaiti kimi istifadə məqsədilə nəşr edilmişdir.


 

Kitab hansı hissələrdən ibarətdir?

  • Məsələlər toplusu - I hissə 15 fəsildə verilmiş 120-dən çox məsələdən ibarətdir. Hər fəsildə orta hesabla 6-7 məsələ və hər bir mövzu üzrə 1-2 nümunəvi məsələnin həlli verilmişdir.
  • Testlər toplusu - II hissəyə 16 bölmənin hər mövzusu üzrə 15-dən çox olmaqla, ümumilikdə 300-ə yaxın test daxil edilmişdir.
  • Breyn-Rinq sualları - III bölməyə Milli Mühasiblər Forumunun (MMF-in) keçirdiyi Mühasibat uçoyu sahəsində Respublika üzrə I və II Breyn-Rinq yarışmalarının sualları daxil edilmişdir.

 

Əsasən aşağıdakı bölmələr üzrə test və məsələlər əhatə olunmuşdur:

  • Mühasibat bərabərliyində əməliyyatların qeydiyyatı 
  • Əməliyyatların ikili yazılış üsulu ilə qeydiyyatı, ilkin sınaq balansının hazırlanması və sınaq balansından maliyyə hesabatlarına keçid
  • Düzəliş qeydləri və düzəliş olunmuş sınaq balansı, müvəqqəti hesabların bağlanması və son sınaq balansı
  • Ticarət əməliyyatları və malların uçotu
  • Ticarətdə satılan mallarının maya dəyərinin hesablanması metodları
  • Debitor borcları və ümidsiz borclar
  • Qiymətləndirilmiş öhdəliklər, kreditor borcları və digər öhdəliklər
  • Torpaq, tikili və avadanlıqlar, Qeyri-maddi aktivlər 
  • İstehsal əməliyyatları və istehsalat məsrəfləri 
  • Valyuta məzənnələri
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
  • Konsolidə edilmiş maliyyə hesabatları
  • Qarışıq məsələlər
  • Breyn-Rinq sualları
  • Məsələlər, testlərin və Breyn-Rinq suallarının cavabları
  • Kommersiya təşkilatları üçün yeni hesablar planı

 

Kitab 2021-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən “Peşəkar mühasib Sertifikatı" imtahanlarına hazırlıq zamanı istifadə edilə bilər. Nəşrdəki praktiki məsələ və tapşırıqlar beynəlxalq səviyyədə tanınan ACCA CIMA kimi təşkiların sertifikatlarının əldə olunması üçün önəmli vəsaitdir. Həmçinin Beynəlxalq Mühasibat Uçotunun Əsasları (Maliyyə Uçotu) test və məsələlər kitabı pdf yükləyərək kitabın ilkin olaraq mündəricata nəzər yetirə bilərsiniz. 

Mündəricat və nümunə bölməyə bax
PDF yüklə

empty

Kitabı necə əldə edə bilərəm?

Ofisdən əldəetmə:
Nəşrlərimizi birbaşa Tədris Mərkəzimizdən ödəniş edərək əldə edə bilərsiniz.

Ünvan: Şəhriyar k. 26 - Elmlər m/st yaxınlığı, 53 nömrəli məktəbin yanı


Poçtla çatdırılma:
Kitablar sifarişçiyə poçt vasitəsilə çatdırıla bilər. Bunun üçün siz ad, soyad və dəqiq ünvanınızı qeyd etməlisiniz. Poçtla göndərilmə zamanı ödəniş 4 AZN-dir. Ödəniş sifariş zamanı bank hesabına ödənilir. Çatdırılma müddəti məsafədən asılı olaraq dəyişir. 

Çatdırılma üçün əlaqə saxla: +99477 412 38 30 (Whatsapp aktivdir)

 

Mağazadan əldəetmə:

Nəşrlərimizi mağazalardan əldə edə bilərsiniz. Mağazaların siyahısı barədə PDF-dən məlumat ala bilərisiniz. 

Have additional questions?
Let's talk!

Get accurate information about classes, teachers and our teaching process directly from our program advisor.

050
Practical Accounting
Professional Accountant Certificate
International Certificates
Accounting Software
Other Trainings
Legislation