Mühasibatlıqla əlqəli maraqlı miflər

Sentyabr 21, 2023
967 izlənmə
3 dəqiqə oxuma

Mühasibatlıqla bağlı müəyyən qədər fərqli fikirlər və miflər formalaşıb ki, bəzən bunlar bir çoxları tərəfindən doğru qəbul edilir. Aşağıda isə sizə mühasibatlıqla bağlı geniş yayılmış 4 mifi və onun reallığını izah edəcəyik.


1. Ali təhsilin olması mühasib olmaq üçün mütləqdir.

Mif: Mühasib kimi ixtisaslaşmaq üçün bu sahədə mütləq müvafiq sahəyə (ixtisasa) uyğun ali təhsilin olması vacibdir.

Reallıq isə ondan ibarətdir ki, mühasibatlıq üzrə ali təhsil olmasa belə, şəxs öz üzərində çalışmaqla və bu istiqamətdə ixtisaslaşmaqla bir mühasib kimi formalaşa bilər.


2. Mühasib üçün sadəcə riyazi bacarıqlar kifayətdir.

Mif: Bir çox insanlar hesab edir ki, mühasibat uçotu yalnız rəqəmlər və mürəkkəb riyaziyyatla məşğul olmaqdan ibarətdir.

Reallıq belə sübut edir ki, mühasibat uçotu riyazi biliklərlə sıx əlaqədə olsa da bunula belə mühasiblər üçün məlumatların təhlilini və maliyyə məlumatlarına əsaslanan sərbəst şəkildə qərarların qəbul edilməsi də önəmlidir. Həmçinin, əməliyyatların düzgün şəkildə qeydiyyatının aparılması və hesabatların, bəyənnamələrin doğru və sərbəst formada hazırlanmasını da bilməlidir.


3. Mühasibatlıq yalnız vergi uçotundan ibarət deyil.

Mif: Bir çox sahibkarlar vergi uçotu fəaliyyətini mühasibat uçotu ilə eyniləşdirirlər.

Reallıq isə bunu göstərir ki, günümüzdə bir çox müəssisələr vergi uçotunu mühasibat uçotu ilə eyniləşdirirlər. Əslində isə vergi uçotu mühasibat uçotunun sadəcə bir hissəsisdir. Biz də bu prinsipə əsaslanaraq bir mütəxəssis mühasibin yetişdirilməsi zamanı ilkin olaraq maliyyə uçotu növbəti olaraq vergi uçotu tədris edilir.


4. Yaxın gələcəkdə mühasiblərə ehtiyyac qalmayacaq.

Mif: Mühasibat proqramlarının artması ilə insanlar hesab edirlər ki, mühasiblərə ehtiyac qalmayacaq. Bir çox fikrə əsasən təxminən 5-6 il sonra mühasiblərə ehtiyyac qalmayacaq, bəs süni intellekt mühasibləri əvəz edə bilərmi?

Reallıq belədir ki, mühasibat proqramı bir çox işi avtomatlaşdıra və mühasibə öz vəzifəsini aşanlaşdırmağa yardımçı ola bilər, lakin o, peşəkar mühasiblərin təqdim etdiyi təcrübəni, tənqidi düşüncəni və strateji fikirləri əvəz edə bilməz. Avtomatlaşdırma bir çox işi asanlaşdırsa da,bu o demək deyil ki, mühasiblər kimi məlumatların şərh edilməsində, fikirlərin verilməsində və strateji maliyyə qərarlarının qəbulunda mühüm rol oynayacaqlar.

 

Digər xəbərlər
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik