"Hazır Mühasib 4" layihəsi - İnfosessiya

Noyabr 01, 2023
1066 izlənmə
5 dəqiqə oxuma
"Hazır Mühasib 4” layihəsi üzrə 1 noyabr 2023-cü il tarixində UNEC-in Zaqatala filialında infosessiyamız baş tutdu.

 

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının rəhbərliyi ilə baş tutan infosessiyada layihənin əsas məqsədləri barədə gənclərə məlumat verildi, həmçinin onlara keçmiş layihələr üzrə göstəricilər təqdim olundu.

 

İnfosessiya UNEC-in məsul əməkdaşı dos. Raqif Qasımovun çıxışı ilə başladı. Çıxış zamanı Raqif müəllim gənclərə infosessiya barədə ümumi məlumat verdi. Növbəti mərhələdə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayevin layihə ilə bağlı məlumat verdikdən sonra Biznesin İnkişafı üzrə menecer Arif İsgəndərov gənclərə İATM-nin faəliyyəti haqqında ətraflı məlumat verdi.

 

Həmçinin Gənclərin İnkişafı və Karyera Mərkəzinin rəhbəri Çingiz Əsgərli GİKM-nin faəliyyəti haqqında geniş məlumatı iştirakçıların diqqətinə çatdırdı. İnfosessiya çərçivəsində İATM-nin Tədris meneceri Nail Mikayılov “Hazır Mühasib 4” layihəsi ilə bağlı əsas məsələlər üzrə çıxış etdi.

 

İnfosessiya ərzində layihənin “Gənclərin məşğulluğunun təmin edilməsi”, “Gənclərin real iş mühitində təcrübə əldə etməsi”, “Regionlarda işsizlik probleminin həllinə töhfə vermək” kimi əsas məqsədləri vurğulandı. Sonda isə layihə ilə bağlı suallarını təşkilatçılara yönəldən gənclərə İATM-nin nəşrlərindən hədiyyələr verildi.

 

Rafiq Qasımova layihənin təşkilatçılığında yaxından iştirakı üçün təşəkkürümüzü bildiririk. İqtisadi Araşdırmalar və Tədris mərkəzi olaraq gənclərə dəstək olmaq məqsədilə bu cür layihələri mütəmadi şəkildə təşkil etməyək hazırıq.

 

Digər xəbərlər
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik