Mütəxəssis Mühasib Yetişdirmə Proqramı
Sıfırdan başlayaraq tədris olunan bu Beynəlxalq Mühasibatlıq Kursu həm dünya, həm də milli təcrübəni özündə birləşdirərək real praktikaya əsaslanır.
Tam mütəxəssis səviyyəsində mühasibat uçotu öyrənmək istəyən şəxslər tədris etdiyimiz mühasibatlıq kursları arasında məhz bu proqramdan faydalanır. Sadə izahları ilə seçilən peşəkar təlimçilərimiz tərəfindən keçirilən praktiki mühasibatlıq kursu dərslərimizdə əsas məqsədimiz mütəxəssis səviyyəsində Mühasib yetişdirməkdir.
Mühasibatlıq Kursları nələri əhatə edir?
- Maliyyə Uçotu (ikili yazılış, hesablar planı ilə işləmə, müxabirələşmə, uçotun qurulması və aparılması, maya dəyərinin hesablanması, maliyyə hesabatlarının hazırlanması və s.);
- Vergi Uçotu (vergi və növləri, ƏDV və digər növlərin hesablanması, müxabirələşmələr, uçotun aparılması, bəyannamələrin (hesabat) hazırlanması, BTP proqramı, DSMF ayırmaları və əməkhaqqı hesablanması, e-gov portalları);
- Rəsmi Mühasibatlıq (rəsmiləşmə əməliyyatları, qaimə və faktura tipli sənədlər, ezamiyyə və s. üzrə rəsmiləşmələr);
- 1C 8.3 (kassa və bank üzrə mədaxil və məxaric əməliyyatları, alış və satış əməliyyatları, işçilər və əmək haqqı üzrə əməliyyatları, ƏDV reqlament və ayın bağlanması əməliyyatları, 1C 8.3-də Hesabatlar və s.) hissələrini əhatə edən həm qrup, həm də fərdi mühasibat kursu olaraq tədris edilir.
Mühasibatlıq Kursu kimlər üçündür?
- mühasibat uçotu, audit, maliyyə sahəsində çalışan;
- tədris edən və bu sahə ilə maraqlanan;
- həmçinin bu sahədə biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur.
Əgər Sən də mühasibatlıq sektorunda uğurlu kadr olmaq istəyirsənsə, praktiki mühasibatlıq kursumuza qoşularaq öz məqsədinə çatmaq yolunda ilk addımını bizimlə at!
Mühasibatlıq sahəsinin "əlifabasını" (Debet və Kredit), "hərflərdən sözlərin" (Müxabirləşmələr), "sözıərdən cümlələr" (Maliyyə Hesabatları) qurulmasını öyrətdiyi üçün İATM-ə xüsusi təşəkkürlər!