Maliyyə Uçotu

Maliyyə uçotu kursu:


Maliyyə uçotu kursu mühasibatlığın “əlifbası”nı əhatə etməklə sıfırdan mühasib olmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Beynəlxalq mühasibat uçotunun əsasları tədris olunan bu maliyyə kursu həm nəzəri, həm də praktiki bilikləri özündə birləşdirir.

Təlim ACCA F3 (Financial Accounting) proqramının praktiki izahını əhatə etməklə 90% real iş şəraitinə uyğun olaraq keçilir.

13 ildən çox vaxt ərzində maliyyə uçotunun konseptual əsasları tədris etdiyimiz bu təlimdə məqsəd mühasib-təlimçilərimiz tərəfindən müxtəlif bilik səviyyəsinə malik şəxslərə maliyyə uçotunu öyrətməkdir.


Bəs Maliyyə uçotu nədir?

Maliyyə uçotu - əsasən kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur. Belə ki, bu uçot müəssisənin maliyyə məqsədlərinə hansı səviyyədə çatdığını yoxlamaq və gələcək dövr üçün plan qurmaq üçün aparılır. Maliyyə uçotunun əsas məqsədi şirkətin aşağıdakı maliyyə hesabatlarını hazırlamaqdır:

1. Mənfəət və zərərlər haqqında hesabat;
2. Kapitalda dəyişikliklər haqqında hesabat;
3. Balans hesabatı;
4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.

Maliyyə uçotu kursu nələri əhatə edir?

• Maliyyə uçotunun mahiyyəti - Beynəlxalq uçot və hesabat sisteminin məntiqini anlamaq
• Hesablar planı ilə işləmə - Müəssisədə istifadə olunan yeni hesablar planının formalaşdırılması və tətbiq edilməsi
• Müxabirələşmənin praktiki izahı - debet və kredit vasitəsi ilə əməliyyatların müxabirləşmələrini sərbəst şəkildə verilməsi
• İkili yazılış texnikası - maliyyə əməliyyatlarının ikili qeydiyyat üsulu ilə uçota alınması
• Maliyyə hesabatlarının hazırlanması proseduru - maliyyə hesabatlarının hazırlanma texnikası və şirkətin maliyyə vəziyyəti haqqında əsas nəticələrin çıxarılması, ilkin sınaq balansının tərtib edilməsi, T hesabda və jurnalda əməliyyatların qeydiyyatı
• Maya dəyərinin hesablanması - ehtiyatların (malların) maya dəyərinin hesablanmasının metodları (spesifik identifikasiya, FİFO, LİFO, AVCO)
• TTA-nın (Torpaq, Tikili və Avadanlıqlar) hərəkəti - TTA-ın ilkin dəyərinin müəyyən edilməsi və uçotu, TTA-ın amortizasiya və yenidən qiymətləndirilməsinin uçotunun aparılması 
• Maliyyə əməliyyatlarının uçotunun aparılması - (ticarət əməliyyatlarının, malların uçotu; debitor, kreditor, borclarının, ümidsiz borcların və qiymətləndirilmiş öhdəliklərin uçotu; istehsal məsrəflərinin uçotu; valyuta məzənnələrinin uçotu; mənfəət vergisi və təxirə salınmış verginin uçotu).

Qısa desək, təlimin əsas məqsədi maliyyə hesabatı formalarını ən sadə üsullarla hazırlamaq və əsas texnika olan hesablar ilə ikili yazılış texnikasını, debet və kredit vasitəsi ilə əməliyyatların müxabirləşmələrini sərbəst şəkildə verə bilməyi öyrət­məkdən ibarətdir. 

 

Maliyyə uçotu təlimi mühasibat uçotu, audit, maliyyə sahəsində çalışan, tədris edən və bu sahə ilə maraqlanan, həmçinin bu sahədə biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur.

Əgər sən də mühasibatlıq səhəsində yenisənsə, Maliyyə Uçotu təlimimizə qoşularaq çətin və kompleks görünən mühasibat uçotunu sadə və təməlli formada öyrənməyə başla!

  • Kursa nələr daxildir:
  • 10+ il Təkmilləşdirilmiş Tədris Proqramı 10 ildir tədris olunan və bu müddətdə daim optimallaşdırılan təlim proqramı
  • Peşəkar Təlimçilər Sadə izahları ilə seçilən müəllim kollektivi
  • Tədris Vəsaitləri Ödənişsiz dərs vəsaitləri ilə təminat
  • Mentor Dəstəyi Asistent təlimçilər tərəfindən əlavə dərslər və tapşırıqların yerinə yetirilməsində dəstək
  • İmtahan Sistemi Tədris müddətində mütəmadi olaraq yoxlama imtahanların təşkili
  • Sertifikasiya İmtahan nəticəsinə əsasən sertifikatın verilməsi
  • Müraciət edin
  • Sizə zəng edək
Təlim nəticəsində nə öyrənəcəksiniz:
  • Uçot və hesabat sisteminin məntiqi

  • Maliyyə əməliyyatlarının ikili qeydiyyat üsulu ilə uçota alınması

  • Maliyyə hesabatlarının hazırlanması proseduru

  • Müəssisədə istifadə olunan yeni hesablar planının formalaşdırılması və tətbiq edilməsi

Kurs Proqramı
12 bölmə
18 dərs
2.5 ay
36 saat
Müəssisənin fəaliyyəti və mühasibatlığa giriş
6 mövzu
2 saat
  • Müəssisənin mahiyyəti, strukturu və növləri
  • Müəssisənin idarəetmə metodları və mühasibatlıq
  • Mühasib kimdir? Onun məqsəd və vəzifələri nələrdir?
  • Maliyyə uçotu və idarəetmə uçotu nədir?
  • Maliyyə bərabərliyi və maliyyə hesabatlarının əsas elementləri
  • Mühasibat uçotunun əsas prinsipləri
Maliyyə hesabatı formaları və onun tərkib elementləri
7 mövzu
2 saat
  • Maliyyə bərabərliyi və onun formalaşmasının məntiqi əsası
  • Maliyyə bərabərliyinin tərkibinə daxil olan maddələrin izahı
  • Maliyyə vəziyyəti haqqında hesabatın (Balans) forması və onu təşkil edən maddələr
  • Mənfəət və ya Zərərlər haqqında hesabatın (MZHH-nin) forması və tərkib elementləri
  • Kapitalda dəyişikliklər haqqında hesabatın forması və tərkib elementləri
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (PVHHH)
  • Maliyyə hesabatlarına izahlı qeydlər
Maliyyə bərabərliyində əməliyyatların qeydiyyatı qaydaları
8 mövzu
4 saat
  • Əməliyyatların mahiyyəti və təsnifatı
  • Əməliyyatların maliyyə bərabərliyinə təsiri qaydaları
  • Aktivləri artıran əməliyyatlar
  • Aktivləri azaldan əməliyyatlar
  • Aktivlərin yerdəyişməsi ilə nəticələnən əməliyyatlar
  • Passivlərin yerdəyişməsi ilə nəticələnən əməliyyatlar
  • Əməliyyatların maliyyə hesabatı formalarına təsiri
  • Hesablar planının mahiyyəti, formaları və hesabların təsnifatı
Maliyyə hesabatı formalarının hazırlanma prosesi
10 mövzu
8 saat
  • Maliyyə hesabatı formalarının hazırlanma texnikası
  • Hesablar üzərində ikili yazılış metodu ilə maliyyə hesabat formalarının hazırlanması mərhələləri
  • T - hesabda və jurnalda əməliyyatların qeydiyyatı
  • Baş kitablara qeydin aparılması
  • İlkin sınaq balansının tərtib edilməsi
  • Düzəliş qeydlərinin mahiyyəti və növləri
  • Aktiv və öhdəliklər üzrə düzəliş qeydləri
  • Müvəqqəti hesabların bağlanması və ya son qeydlər
  • Sınaq balansından maliyyə hesabatı formalarına keçid mərhələləri
  • MZHH, KDHH, MVHH-nin hazırlanması
Ticarət əməliyyatlarının və malların uçotu, maya dəyərinin hesablanması üsulları
7 mövzu
4 saat
  • Ehtiyatların və ticarət əməliyyatlarının mahiyyəti və təsnifatı
  • Malların ilkin və xalis mümkün satış dəyəri
  • Mallarla bağlı mənfəətin hesablanması qaydası
  • Ehtiyatların (malların) uçotu metodları
  • Dövri və fasiləsiz uçot metodları ilə malların (ehtiyatların) uçotu qaydası
  • Ehtiyatların maya dəyərinin hesablanması metodları
  • FİFO, LİFO, AVCO (orta dəyər) və Spesifik identifikasiya metodları ilə maya dəyərinin hesablanması
Debitor borclarının və ümidsiz borcların uçotu
7 mövzu
2 saat
  • Debitor borclarının mahiyyəti və növləri
  • Debitor borclarının uçotu və nəzarət hesabları
  • Ümidsiz və şübhəli borclar
  • Ümidsiz borcların birbaşa silinmə metodu ilə uçotu
  • Ümidsiz borcların ehtiyat metodu ilə qiymətləndirilməsi və uçotu
  • Ümidsiz (şübhəli) borclar üzrə ehtiyatın qiymətləndirilməsi metodları
  • Ümidsiz borcların bərpa edilməsinin uçotu
Kreditor borclarının və qiymətləndirilmiş öhdəliklərin uçotu
8 mövzu
2 saat
  • Öhdəliklərin mahiyyəti və növləri
  • Kreditor borclarının mahiyyəti və uçotu
  • Tikinti müqavilələri üzrə kreditor borclarının uçotu
  • İcarə müqavilələri üzrə kreditor borclarının uçotu və hesabatda əksi
  • Gələcək dövrün gəlirlərinin və avansların uçotu
  • Qiymətləndirilmiş öhdəliklərin, şərti öhdəliklərin və şərti aktivlərin mahiyyəti
  • Qiymətləndirilmiş öhdəliklərin tanınması və uçotu
  • Zəmanətin mahiyyəti, müəyyən edilməsi və uçotu
Torpaq, tikili və avadanlıqların (TTA-nın) uçotu və hesabatda əksi
9 mövzu
4 saat
  • Uzunmüddətli aktivlərin mahiyyəti, təsnifatı
  • TTA-nın ilkin dəyərinin müəyyən edilməsi və uçotu
  • Uzunmüddətli aktivlərin amortizasiyasının uçotu
  • Amortizasiyanın hesablanması metodları
  • Uzunmüddətli aktivlərin silinməsinin, satışının və sair xaric olmasının uçotu
  • Uzunmüddətli aktivlərin yenidən qiymətləndirilməsinin uçotu
  • Uzunmüddətli aktivlərin təmirinin uçotu: əsaslı və cari təmir, Vergi məcəlləsinə uyğun təmir xərclərinin uçotu qaydası
  • Vergi məcəlləsinə uyğun amortizasiyanın hesablanması metodu və dərəcələri
  • Uzunmüddətli aktivlərin hərəkəti cədvəli
Qeyri-maddi aktivlərin uçotu və hesabatda əksi
5 mövzu
2 saat
  • Qeyri-maddi aktivlərin mahiyyəti
  • Qudvilin mahiyyəti
  • Qudvilin hesablanması və uçotu
  • Qeyri-maddi aktivlərin (Qudvilin) qiymətdən düşməsi və uçotu
  • Tədqiqat və təcrübə-konstruktor işləri üzrə məsrəflər
Valyuta məzənnələrinin uçotu və hesabatda əks etdirilməsi
4 mövzu
2 saat
  • Valyuta məzənnələrinin mahiyyəti və prinsiplər
  • Valyuta hesablarının növləri
  • Valyuta məzənnəsi üzrə gəlir və xərclər uçotu və hesabatda əksi
  • Spot məzənnələrin hesablanması və uçotu
İstehsal və qeyri-istehsal məsrəflərinin təsnifatı, uçotu və istehsal maya dəyərinin hesablanması
3 mövzu
2 saat
  • Xərclərin mahiyyəti və ümumi təsnifatı
  • İstehsal xərclərinin strukturu və uçotu ilə bağlı bəzi mühasibat yazılışları
  • İstehsal xərclərinin və məhsulun maya dəyərinin hesablanması düsturları
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
6 mövzu
2 saat
  • Pul vəsaitləri və onların ekvivalentləri
  • Əməliyyat fəaliyyəti
  • Maliyyə fəaliyyəti
  • İnvestisiya fəaliyyəti
  • Hesabatın hazırlanmasının dolayı metodu
  • Hesabatın hazırlanmasının birbaşa metodu
Tələblər
  • Baza iqtisadi biliklərə malik olmaq
  • Sadə faiz, nisbət və tənasüb kimi riyazi biliklərin olması
Müəllimlərimiz
Dərslərimiz bu sahədə kifayət qədər bilik və təcrübəyə sahib mütəxəssislər tərəfindən tədris olunur!

Fərid Nuriyev

Əsas Müəllim
A Kateqoriya

Bilal Bilallı

Əsas Müəllim
B+ Kateqoriya

Aqil Səfərov

Əsas Müəllim
A Kateqoriya

Emin Kazımov

Əsas Müəllim
A Kateqoriya

Fariz Alxazov

Əsas Müəllim
A Kateqoriya

Nuran Süleymanova

Əsas Müəllim
B Kateqoriya
  • Kursa nələr daxildir:
  • 10+ il Təkmilləşdirilmiş Tədris Proqramı 10 ildir tədris olunan və bu müddətdə daim optimallaşdırılan təlim proqramı
  • Peşəkar Təlimçilər Sadə izahları ilə seçilən müəllim kollektivi
  • Tədris Vəsaitləri Ödənişsiz dərs vəsaitləri ilə təminat
  • Mentor Dəstəyi Asistent təlimçilər tərəfindən əlavə dərslər və tapşırıqların yerinə yetirilməsində dəstək
  • İmtahan Sistemi Tədris müddətində mütəmadi olaraq yoxlama imtahanların təşkili
  • Sertifikasiya İmtahan nəticəsinə əsasən sertifikatın verilməsi

Tez-tez soruşulan Suallar

Təlimin müddəti neçə aydır?

Təlim müddəti 2.5 aydır

Təlimin ödənişi nə qədərdir?

Təlimin ödənişi keçirilmə vaxtından və Təlimçidən asılı olaraq dəyişir.

Əlaqəli Kurslar

Başlanğıc səviyyə
İdarəetmə Uçotuna Giriş
Praktiki Mühasibatlıq

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

idarəetmə uçot mühasibatlıq hesabat
0 məzun
10 mövzu
24 saat
Mütəxəssis səviyyə Ən çox satılan
Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)
Praktiki Mühasibatlıq

Mühasibatlıq Kursları (0-dan Mühasibat Uçotu)

0-dan Maliyyə Uçotu, Vergi Uçotu və Rəsmiləşmə əməliyyatlarını bu təlimimiz vasitəsilə tam öyrənərək bir Mühasib kimi yetiş!

0-dan Mühasibatlıq Uçot Maliyyə Hesabatı Vergi Uçotu Vergi Bəyannaməsi Kargüzarlıq
700 məzun
33 mövzu
72 saat
Mütəxəssis səviyyə Ən çox satılan
Maliyyə Uçotu
Praktiki Mühasibatlıq

Maliyyə Uçotu

Bir Mühasib Maliyyə uçotu kimi mühasibatlığın təməl biliklərini yaxşı bilməlidir. Bu təlimimizə qoşularaq “mühasibatlığın əlifbası”nı öyrən!

Hesablar planı Müxabirələşmə İkili yazılış Maliyyə hesabatı Maya dəyəri TTA-nın hərəkəti
1500 məzun
18 mövzu
36 saat
Mütəxəssis səviyyə Ən çox satılan
Vergi Uçotu
Praktiki Mühasibatlıq

Vergi Uçotu

Vergi və sığorta ödənişlərinin növlərini, uçotunun aparılmasını və vergi bəyannamələrinin tərtib edilməsini bu təlimimizdə öyrən!

Vergi Uçotu BTP Proqramı DSMF Əmək Haqqı Bəyannamə e-taxes.gov.az
900 məzun
9 mövzu
24 saat
Mütəxəssis səviyyə
Rəsmi Mühasibatlığın Təşkili (Kargüzarlıq)
Praktiki Mühasibatlıq

Rəsmi Mühasibatlığın Təşkili (Kargüzarlıq)

Mühasibatlıq üzrə sənədlərin düzgün şəkildə hazırlanmasını bu təlimimizə qoşularaq öyrən və dəqiq rəsmiləşdirilməni həyata keçir!

Sənədləşmə Kassa Bank Təhtəlhesab şəxs Debitor və kreditorlar Əməliyyatların rəsmiləşdirilməsi
900 məzun
6 mövzu
12 saat
Başlanğıc səviyyə
İqtisadiyyata Giriş (Mühasibatlığa İlk Addım)
Praktiki Mühasibatlıq

İqtisadiyyata Giriş (Mühasibatlığa İlk Addım)

Əgər ixtisasının iqtisadiyyat və mühasibatlıqla əlaqəsi yoxdursa (bu sahədə biliklərin 0-dırsa), Mühasib olmaq üçün bu təlimdən başla!

İqtisadi anlayışlar Müəssisə fəaliyyəti Ticarət İdxal-ixrac əməliyyatları Qiymətli kağızlar Pul
150 məzun
8 mövzu
16 saat
Peşəkar səviyyə Ən çox satılan
Praktiki Vergi Qanunvericiliyi
Praktiki Mühasibatlıq

Praktiki Vergi Qanunvericiliyi

Vergi Qanunvericiliyini bu sahə üzrə ekspertdən praktiki əsaslarla öyrənərək tətbiq etmək üçün bu təlimimizdən faydalan!

Vergi Qanunvericiliyi Vergi Məcəlləsi ƏDV Sosial Sığorta haqqında Qanun Vergi növləri
35 məzun
18 mövzu
36 saat
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik