Vergi Uçotu nədir?

May 30, 2023
396 izlənmə
6 dəqiqə oxuma

İlk öncə nəzər yetirək görək Vergi nədir?

Vergi – dövlət xərclərin ödəmək məqsədi ilə bu dövlətdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin əldə etdiyi gəlirlər, sahib olduğu mülkiyyət və istehlak etdiyi nemətlərə görə tutulan və dövlət büdcəsinə ödənən məcburi və əvəzsiz olan ödənişlərdir.

Vergiləri digər xərclərdən fərqləndirən xüsusiyyətlər hansılardır?

Vergiləri digər xərclərdən fərqləndirən səciyyəvi xüsusiyyətlər vardır ki, bunlara aşağıdakılar daxildir:

a) Vergi ödənişləri hər hansı mal və ya xidmət əvəzində edilmir;

b) Müəssisələrin bu cür ödənişi edib etməməyə dair seçimləri yoxdur. Yəni belə ödənişlər məcburidir.

Vergi ödənişi qarşılığında müəssisə yalnız ölkədə fəaliyyət göstərmə, yaxud mülkiyyətə sahib olma hüququ əldə edə bilər. Ödəyici bu cür ödənişləri etməməklə fəaliyyətindən və mülkiyyət hüququndan məhrum oluna bilər.


Bəs vergi uçotu nədir?

Vergi tutmaq məqsədləri üçün vergi məcələsinə əsaslanaraq və onun tələblərini gözləyərək aparılan uçotudur.

Digər bir tərfi isə Vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.


Vergi uçotunun aparılmasında əsas məqsəd nədir?

Vergi və sosial ödənişlərin uçotunun aparılıb bəyannamələrinin tərtib olunmasında əsas məqsəd dövlətin maraqlarının təmin olunmasıdır. Əlbəttə ki, bunu da dövlətin əsas qanunvericilik aktları olan Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Sosial Sığorta Haqqında Qanunu, Mülki Məcəllə və digər qanunvericilik aktları tənzimləyir.


Vergi uçotunun funksiyaları hansılardır?

► Vergi ödəyicilərin öhdəliklərini doğru müəyyən etmək üçün zəruri informasiyaları toplamaq və onları müəyyən edilmiş qaydada qeydə almaq;
► Vergi informasiyalarını mühasibat uçotunun hesablarında həmçinin mühasibat və vergi registrlərində zamanında əks etdirmək;
► Hər bir vergi ödəyicisinin öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək;
► Vergi hesabatının və vergi informasiyasının doğru formalaşdırılmasına nəzarət aparmaq.

Verginin tutulması aşağıdakı 3 formada aparılır.

Gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması (bilavasitə mənbədən)Gəlirin (mənfəətin) əldə edilməsinədək verginin tutulması dedikdə, ödəyicinin əlinə həmin gəlirin bütöv məbləğinin çatmasından əvvəl tutulma formasıdır. Bu cür formaya bilavasitə mənbədən tutulma qaydası da demək olar.
Gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması (bəyannamə üzrə)Gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması dedikdə isə vergi ödəyicisinin fəaliyyəti üzrə əlinə gəlirin bütöv məbləğinin daxil olmasından sonra tutulması formasıdır. Bu cür formaya bəyannamə üzrə tutulma forması da deyilir.
Vergitutma obyektinin (məsələn, əmlakın) varlığının bildirilməsindən sonra verginin tutulması (bildiriş üzrə)Vergitutma obyektinin (məsələn, əmlakın) varlığının bildirilməsindən sonra verginin tutulması forması vergi orqanı və ya bələdiyyə tərəfindən verilən bildiriş əsasında tutulma formasıdır. Ona görə də bu metoda bildiriş üzrə verginin tutulma forması da deyilir.

Müəssisələr tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri formalaşdırılır.

Bu sənədlərə aşağıdakılar daxildir:
Uçot-hesabat sənədləri Uçot-hesabat sənədləri özündə vergi öhdəliyinin məbləğini əks etdirirlər. Belə ki, hər bir vergi növü üçün ayrıca bəyannamə forması müəyyən edilmişdir. Uçot-hesabat sənədləri müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalandıqdan sonra vergi ödəyicisinin qeydiyyata alındığı vergi orqanına təqdim edilir.
Müşayiətedici sənədlər Bu sənədlər vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandıran, şərh edən arayış materialı rolunu oynayan sənədlərdir.
Vergi uçotu registrləri Təsərüfat subyektlərində vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formalarıdır. Belə ki, vergi uçotu registrlərində, vergi uçotunda əks olunması zəruri olan və ilkin mühasibat uçotu sənədlərində əks olunan informasiyalar toplanılaraq və sistemləşdirilir

 

Qeyd: Mühasib Bələdçisi podkastının izləyərək vergi uçotu ilə bağlı mütəxəssislərin fikirlərindən faydalana bilərsən.


 

Vergi Uçotunun bu və digər mövzularını daha dərindən təlimə qatılaraq öyrənə bilərsiniz. Təlim barədə daha ətraflı məlumat üçün buraya daxil olun.

Aysun Bayramova, Pənah İbrahimli
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik