Maliyyə Hesabatları Hansılardır?

May 15, 2024
785 izlənmə
3 dəqiqə oxuma

Maliyyə Hesabatı nədir?

Maliyyə Hesabatları - Hesabat dövründə müəssisənin maliyyə fəaliyyətinin nəticələrini, maliyyə vəziyyətini, həmçinin kapitalda olan dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini özündə əks etdirən hesabatlardır.

Yəni maliyyə hesabatları onun istifadəçilərinin, maliyyə nəticələrini görüb buna uyğun doğru qərar qəbul etməsi üçün formalaşdırılan hesabat formalarıdır.

Maliyyə hesabatları aşağıdakılardır:

1) Balans hesabatı;

2) Mənfəət və Zərərlər haqqında hesabat;

3) Kapitalda dəyişikliklər haqqında hesabat;

4) Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.

 

Göstərilən 4 hesabat formalarının hamısı iqtisadi və riyazi cəhətdən bir-biri ilə əlaqədardır. Belə ki, bir hesabatın yekunu digər hesabatın elementi yaxud iki hesabatın elementləri ara­sın­dakı fərq başqa bir hesabatın elementi ola bilər. 

Gəlin bu hesabatlara daha yaxından baxaq:


Mənfəət və Zərərlər haqqında hesabat (MZHH) vasitəsilə şirkətin mənfəət və ya zərərlə iş­lə­­mə­­si­ni asan mü­əyyən etmək olar. Hesabat, daxildə menecerlərə növbəti dövr­­lə­rin xərclərini plan­laş­dırmağa, kənarda isə investisiya qərarlarının qə­bu­lu­na ən çox təsir edən formadır. 
Kapitalda dəyişikliklər haqqında hesabat (KDHH) şirkətin təsisçilərinin ilkin kapital qo­­yuluşları və onların sonradan müəssisənin fəaliyyəti nəticə­sin­də dəyişmələrini gös­tərən hesabatdır. Hesabatın mühüm hissəsi mənfəətin böl­gü­sü ilə bağlı olduğu üçün bu hesabata bölüşdürülməmiş mənfəət haqqın­da hesa­bat da deyilir.
Ba­lans he­sa­ba­tı isə müəssisənin maliyyə vəziyyətini xarakterizə edən mühüm hesabat. Bu hesabat maliyyə vəziyyətini əks etdirmək üçün göstə­ri­ci­lə­­rə malik olduğuna gö­rə beynəlxalq təcrübədə onu “Maliyyə vəziyyəti haq­qın­da hesabat” da adlandırırlar.
• Şirkətin pul vəsaitlərində baş verən hərəkəti görmək üçün Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabatdan (PVHHH) is­ti­fadə olu­nur. Bu hesabatın yekunu bankda və kassada qalan pulların yekununu gös­tərir.


Siz də təlimlərimizə qatılmaqla Maliyyə Uçotunun daha dərindən öyrənə bilərsiniz. Daha ətraflı məlumat üçün buraya daxil olun.

 

Müəllif: Pənah İbrahimli
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik