Əməliyyatların Maliyyə Bərabərliyində qeydiyyatı

Mart 18, 2023
1278 izlənmə
6 dəqiqə oxuma

  Bildiyiniz kimi, müəssisə və təşkilatların gündəlik fəaliyyəti zamanı müxtəlif hadisə və əməliyyatlar baş verir. Bəs əməliyyat nəyə deyilir?


 

Əməliyyat maliyyə axını ilə nəticələnən hadisədir. Maliyyə axını dedikdə isə ümumi resurs axını başa düşülür. Buraya pul və qeyri-pul aktivlərinin hərəkəti, o cümlədən mal-material, torpaq, tikili və avandıqların axını, həmçinin xidmətlərin axını da daxildir. 

 

Kommersiya təşkilatlarında baş verən əməliyyatları maliyyə hesabatının elementlərinə təsirinə görə 4 qrupa bölmək olar:

  • Aktivlərin artması ilə nəticələnən əməliyyatlar;
  • Aktivlərin azalması ilə nəticələnən əməliyyatlar;
  • Aktivlərin yerdəyişməsi ilə nəticələnən əməliyyatlar;
  • Passivlərin   yerdəyişməsi ilə nəticələnən əməliyyatlar.

 

Hər bir mühasib əməliyyatların məzmununu dərk edərək bu əməliyyatın maliyyə bərabərliyinə təsirini bilərək onların qeydiyyatını aparmalıdır. Əməliyyatların qeydiyyatının aparılmasında əsas məqsəd maliyyə hesabatının tərtib edilməsidir. 


 

Aktivlərin artması (+) əməliyyatı nədir?

Bu eyni zamanda aktivlərin və passivlərdən birinin artmasına səbəb olan əməliyyatdır. Bu əməliyyat baş verdikdə balans pozulmur, çünki bu zaman aktiv və passiv hesabları hər ikisi eyni məbləğdə artır.

 

Aktivlər əsasən öhdəlik, kapital və gəlirlə düz mütənasibdir, belə ki, aktivlərdə bir maddə artdıqda, uyğun olaraq, ya öhdəlik, kapital, ya da gəlir artacaqdır.


 

Aktivlərin azalması (-)  əməliyyatı nədir?

Aktivlərin və eyni zamanda passivlərin birinin azalmasına səbəb olan əməliyyatdır. Bu əməliyyat baş verdikdə aktiv və passiv hesablardan biri eyni məbləğdə azalır və nəticədə balans pozulmur. 

 

Əgər aktivlərdə bir maddə azalarsa, uyğun olaraq, ya öhdəlik, ya kapital azalacaq, ya da xərc artacaqdır.


 

Aktivlərin yerdəyişməsi (+/-)  əməliyyatı nədir?

Yalnız aktivin maddələri arasında yerdəyişmədir, yəni aktiv hesabın birinin artması və digərinin azalması ilə nəticələnərək, sonda balans bərabərliyinin dəyişməməsinə səbəb olan əməliyyatdır. 

 

Aktivlərin yerdəyişməsi zamanı proses yalnız aktivlərin tərkibində baş verir və maliyyə bərabərliyinin sağ tərəfində heç bir dəyişiklik olmur. Məsələn, aktivlərdə pul azalırsa, uyğun olaraq, ya mal-material, ya avadanlıq, ya da başqa bir maddə artacaqdır.


 

Passivlərin  yerdəyişməsi (±)  əməliyyatı nədir?

Yalnız passiv hesablara təsir edən, yəni onlardan birinin artması və digərinin həmin məbləğ qədər azalmasına gətirib çıxaran əməliyyatdır.

 

Aktivlərin yerdəyişməsi zamanı ya hansısa borc maddəsi şəxsi kapitala, yaxud kapital maddəsi öhdəliyə çevrilir, yaxud öhdəliyin tərkibində olan maddələrin bir-birinə ötürülməsi baş verir.


 

Əməliyyatların ümumi mahiyyətləri barədə məlumat aldıq. Kommersiya təşkilatlarında qeyd edilən 4 əməliyyatın tərkib hissələrinə mövcuddur. Bəs görəsən bu əməliyyatların tərkib hissələrinə hansı əməliyyatlar daxildir? 

 

Aktivlərin artması (+) ilə nəticələnən əməliyyatlara aşağıdakılar aiddir:

  • Kapital qoyuluşu əməliyyatı;
  • Borc götürmə əməliyyatı;
  • Gəlir əldə etmə əməliyyatı;

 

Aktivlərin yerdəyişməsi (±) ilə nəticələnən əməliyyatlara aşağıdakılar aiddir:

  • Məsrəf (nağd və nağdsız qaydada ödənişlə uzunmüddətli və qısamüddətli aktivlərin alınması) əməliyyatları;
  • Avans və əvvəlcədən ödəmə və avansın qarşılığının alınması əməliyyatları;
  • Borcun verilib qaytarılması əməliyyatları;
  • Debitor borclarının (müştərilərdən alacaqların) toplanması (ödənilməsi) əməliyyatı;
  • Barter əməliyyatları;
  • Təhtəlhesab şəxsə pulun verilməsi, məsrəf şəklində qarşılığının əldə edilməsi və ya qalığın qaytarılması əməliyyatları;
  • Uzunmüddətli və qısamüddətli aktivlərin məsrəfə(xərcə) silinməsi əməliyyatları.

 

Aktivlərin azalması (-) ilə nəticələnən əməliyyatlara aşağıdakılar aiddir:

  • Borcun ödənilməsi əməliyyatları;
  • Kapitalın geri çıxılması əməliyyatları;
  • Xərc və dividendin ödənilməsi əməliyyatları.


 

Passivlərin yerdəyişməsi (±) ilə nəticələnən əməliyyatlara aşağıdakılar aiddir:

  • Öhdəliklərin ötürülməsi (hesablanması) əməliyyatları;
  • Öhdəliklərin (borcun) bağışlanması əməliyyatları;
  • İstifadə edilmiş iş və xidmətlərin dəyərinin hesablanması əməliyyatları;
  • Dəyəri əvvəlcədən alınmış xidmətlərin (gələcək dövrün gəlirlərin) sonradan yerinə yetirilməsi və ya təhvil verilməsi əməliyyatları;
  • Kapitalın maddələri arasında transfer (reinvestisiya) əməliyyatları;
  • Müvəqqəti hesabların (gəlir və xərclərin) bağlanması (bölüşdürülməsi) əməliyyatları və s. 
Müəllif: Aysun Bayramova
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik